Vəzifəli qadının bu işləri narazılıq yaratdı: Rabitə quyularının üzərində obyekt tikir -FOTO+VİDEO
04 Dekabr 2025, 13:07
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
3186
21.04.2025, 13:50
Şəhid Nicat Salahovun anası, II dərəcə əlilliyi olan Aygün Salahova səhəttində yaranan problemlərlə bağlı xəstəxanaya yerləşdirilib.Şəhid anası düşdüyü çətin durumla bağlı aidiyyatı qurumlardan kömək istəyib.
Bu barədə Oxu24.com saytına məlumatı Aygün Salahovanın qardaşı Vüqar Salahov deyib.
“Bacımın sosial durumu və səhətti hazırda acınacaqlı durumdadır. Oğlu şəhid olduqdan sonra bacım tək qaldı.Bundan sonra səhəttində daha da ağırlaşmalar yaşandı.Bacım hazırda Xırdalanda yerləşən Abşeron Mərkəzi Xəstəxanasında müalicə alır. Dərmanlara və müalicəyə maddi imkan çatmır. Bir neçə dəfə Sosial Xidmətlər Agentliyinə kömək məqsədi ilə müraciət etdik.Bizə köməklik barədə mənfi cavab verdilər.Dedilər ki, şəhid anasına köməyi Abşeron Rayon İcra Hakimiyyəti etməlidir.Onlardan da müsbət cavab ala bilmədik.Hazırda bacımın vəziyyəti ağırdır”,-deyə Vüqar Salahov bildirib.
Vüqar Salahovun sözlərinə görə,bacısı oğlunun şəhidliyinə görə ayda 600 AZN və əlilliyinə görə 220 AZN Dövlətdən pul alır. Xəstəliyi və davamlı müalicəsi ona yetərli olmur.Üstəlik oğluna şəhidliyinə görə verilməli olan mənzilin ona verilməməsi də narahatlıq yaradıb.
“Bacım serebral iflicdən əziyyət çəkdiyi üçün övladı internat məktəbində təhsili alıb,yaşayırdı.Bu səbəbdən də Dövlət ona ev vermişdi.Bacım da həmin evdə yaşayır.Orada qonşularla arasında problemlər də var.Tək qadın olduğu üçün onu incidirlər”,-deyə Vüqar Salahov bildirib.
Həmçinin oxuyun
Qeyd edək ki,bu mövzuda daha əvvəllər də müraciət yayılmışdı.
Məsələyə münasibət bildirən Sosial Xidmətlər Agentliyini bildirmişdi ki, şəhid Nicat Salahov Abşeron rayonunda yerləşən valideyn himayəsindən məhrum olmuş məzunlar üçün tikilmiş “Məzun evi”ndə 4 il öncə mənzillə təmin edilib.
“Aygün Salahovaya şəhid ailəsi üzvü kimi Prezidentin aylıq təqaüdü (600 manat), II dərəcə əlilliyə görə sosial müavinət (220 manat) təyin edilib. Həmçinin sığorta ödənişi (11000 manat) və “YAŞAT” Fondu tərəfindən maddi yardım (2500 manat) edilib”,-deyə açıqlamada qeyd olunur.
Şəhid anasına yardım etmək istəyənlər bu nömrə ilə əlaqə saxlaya bilərlər: 050 353 19 80
Miri Məcidli
01:21 / 14 Dekabr 2025
213
00:52 / 14 Dekabr 2025
258
00:43 / 14 Dekabr 2025
85
00:04 / 14 Dekabr 2025
126
23:47 / 13 Dekabr 2025
729
23:44 / 13 Dekabr 2025
44
23:30 / 13 Dekabr 2025
54
22:45 / 13 Dekabr 2025
317
22:30 / 13 Dekabr 2025
98
22:28 / 13 Dekabr 2025
115
22:22 / 13 Dekabr 2025
124
22:11 / 13 Dekabr 2025
244
21:58 / 13 Dekabr 2025
404
21:34 / 13 Dekabr 2025
1067
21:21 / 13 Dekabr 2025
84
21:19 / 13 Dekabr 2025
113
21:15 / 13 Dekabr 2025
82
21:02 / 13 Dekabr 2025
75
20:49 / 13 Dekabr 2025
379
20:44 / 13 Dekabr 2025
97
20:36 / 13 Dekabr 2025
86
20:26 / 13 Dekabr 2025
81
20:01 / 13 Dekabr 2025
288
19:53 / 13 Dekabr 2025
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.